Əsas Səhifə > Ölkə idmanı > “Zirə” klubu bir neçə legionerlə vidalaşacaq

“Zirə” klubu bir neçə legionerlə vidalaşacaq


29-06-2020, 15:04


Bakının “Zirə” futbol klubu heyətində dəyişikliklər etməyi düşünür.

BrendSport.az xəbər verir ki, rəhbərlik konkret olaraq daha iki legionerlə müqaviləni uzatmamaq qərarına gəlib. Bunlar Miloş Bakraç və Şafik Tiqrudcadır. Hər iki futbolçu cari mövsümün əvvəlindən komandaya cəlb olunub.

Qeyd edək ki, bunadək yunanıstanlı Anastasios Papazoğlu “Zirə”ni tərk edib.
Geri qayıt