Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasının XX turunun rəmzi komandasının heyəti açıqlanıb

Azərbaycan Premyer Liqasının XX turunun rəmzi komandasının heyəti açıqlanıb


11-03-2020, 15:15


Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun rəmzi komandasının heyəti müəyyənləşib.

BrendSport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, rəmzi komandanın heyətinə “Qəbələ”dən 4, “Neftçi”dən 4, “Zirə”dən 2 və “Qarabağ”dan 1 futbolçu daxil edilib.

Rəmzi heyətdə Anar Nəzirov, Amin Seydiyev, İviça Juniç (“Qəbələ”), Donald Qerye, Anton Krivotsyuk, Stiven Monroz, Emin Mahmudov (“Neftçi”), Xayme Romero (“Qarabağ”), Şafik Tiqrudja, Riçard Qadze (“Zirə”) və Nikolas Raysel (“Qəbələ”) yer alıblar.

Qeyd edək ki, futbol üzrə Azərbaycan çempionatında 20 turdan sonra turnir cədvəlinə 45 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 37 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Zirə” (23), “Sabah” (21), “Səbail” (20) və “Qəbələ” (19) yer alıblar.
Geri qayıt