Əsas Səhifə > Ölkə idmanı > Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib

Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib


4-03-2020, 17:55
Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib

Martın 4-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib.
BrendSport.az
xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra müstəqillik dövründə ölkə idmanının keçdiyi inkişaf yolundan bəhs edən sənədli film nümayiş olunub.
Daha sonra Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən 10 mütəxəssis Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, 1 nəfər Əməkdar idman ustası, 19 nəfər Əməkdar məşqçi adları ilə təltif olunub.
Geri qayıt