Əsas Səhifə > Ölkə idmanı > Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalı keçiriləcək

Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalı keçiriləcək


25-02-2020, 19:52


Martın 1-dən 7-dək Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalı keçiriləcək.

BrendSport.az xəbər verir ki, yarışda 70-dən çox şahmatçı iştirak edəcək. Yaş və dərəcə məhdudiyyətinin tətbiq edilmədiyi turnirdə şahmatçıların nəticələri beynəlxalq və milli reytinq siyahılarının hazırlanması üçün müvafiq olaraq, FIDE-yə və Azərbaycan Şahmat Federasiyasına göndəriləcək.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq turnirdə şahmatçılar 1-ci, 2-ci və 3-cü dərəcə normalarını da yığa biləcəklər.
Geri qayıt