Əsas Səhifə > Ölkə idmanı > Güləş üzrə Azərbaycan çempionatı davam edir
Güləş üzrə Azərbaycan çempionatı davam edir5-12-2019, 15:16 |
“Sərhədçi” İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan çempionatı davam edir. BrendSport.az xəbər verir ki, ikinci yarış günündə - dekabrın 5-də sərbəst güləş növündə 10 çəki dərəcəsi üzrə pəhləvanlar xalça üzərinə çıxacaq və finalçılar müəyyənləşəcək, eləcə də təsəlliverici qarşılaşmalar keçiriləcək. Dekabrın 6-sı axşam seansında həlledici görüşlər baş tutacaq və medalçılar bəlli olacaq. Yarışın ikinci gününün axşam seansında, həmçinin yunan-Roma güləşi üzrə final görüşləri baş tutacaq. Qeyd edək ki, çempionatın açılış mərasimi dekabrın 5-də 17:00-da start götürəcək. Yarışa dekabrın 6-da yekun vurulacaq. Geri qayıt |