Əsas Səhifə > Ölkə idmanı > Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb


13-11-2019, 18:32


Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaqlar.

Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.
Geri qayıt