Əsas Səhifə > Ölkə idmanı > Ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək

Ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək


6-11-2019, 15:27


Noyabrın 9-10-da Ağır Atletika Akademiyasının Şüvəlan qəsəbəsindəki yarış zalında ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından BrendSport.az-a bildiriblər ki, yarışda şəhər və rayonların, idman cəmiyyəti, klub və mərkəzlərinin, Uşaq Gənclər İdman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti qüvvəsini sınayacaq.

Turnirin təşkilində məqsəd atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Geri qayıt