Əsas Səhifə > Ölkə idmanı > Bu gün “Neftçi” – “Qarabağ” oyunu ilə Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək

Bu gün “Neftçi” – “Qarabağ” oyunu ilə Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək


1-11-2019, 16:30


Noyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək.

BrendSport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma oynanılacaq. İki əzəli rəqib “Neftçi” və “Qarabağ” klubları üz-üzə gələcək.

“Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Görüş “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Turun digər üç görüşü noyabrın 2-3-də təşkil olunacaq.
Geri qayıt