Əsas Səhifə > Ölkə idmanı > “Region Liqası”nın 2019/2020-ci il mövsümünün Naxçıvan Muxtar Respublikası üzrə püşkü atılıb

“Region Liqası”nın 2019/2020-ci il mövsümünün Naxçıvan Muxtar Respublikası üzrə püşkü atılıb


25-10-2019, 19:30


Futbol üzrə “Region Liqası”nın 2019/2020-ci il mövsümünün Naxçıvan Muxtar Respublikası üzrə püşkü atılıb.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, mövsümün ilk oyunları noyabrın 2-3-də keçiriləcək. Mərkəz zonasının oyunları 3, Qərb zonasının görüşləri isə 5 dövrədən ibarət olacaq.

Mərkəz regionu üzrə püşkə əsasən birinci turda “Əlincə” (Culfa) – “Batabat” (Şahbuz) və “Dübəndi” (Ordubad) – “Babək” oyunları keçiriləcək. “Batabat” (Şahbuz) ilk turda istirahət edəcək.

Qərb regionu üzrə isə birinci turda “Kəngərli” komandası “Sədərək”, “Naxçıvan Dövlət Universiteti” isə “Şərur” ilə qarşılaşacaq.
Geri qayıt