Əsas Səhifə > Ölkə idmanı > Güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

Güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub


22-10-2019, 16:35


Salyan rayon 2 nömrəli tam orta məktəbin atıcılıq tirində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə ölkə kuboku yarışları keçirilib.

BrendSport.az xəbər verir ki, kişilərin yarışında Ruslan Lunyov birinci olub. Rəhim Rəhimov ikinci, İlkin Əhmədli üçüncü yeri tutublar.

Qadınların mübarizəsində Zərifə Qasımova, Nəzrin Abbaslı və Əminə Ümərova fərqləniblər.

Mükafatçılar Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif ediliblər.


Geri qayıt