Əsas Səhifə > Ölkə idmanı > Qazaxda alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları başlayıb

Qazaxda alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları başlayıb


19-10-2019, 18:52


Oktyabrın 19-da Qazax Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları start götürüb.

BrendSport.az
xəbər verir ki, turnirdə ölkənin 30-dan artıq komandasını təmsil edən bütün yaş qrupları üzrə 300-dən çox idmançı mübarizə aparır.

Alpaqutçular turnirdə aypara, batur, caymaz və qurşaq növlərində yarışırlar.

Turnirdə fərqlənən idmançılar diplom, medallar və kubokla mükafatlandırılacaqlar.
Geri qayıt