Əsas Səhifə > Ölkə idmanı > FHN-in gənc idmançıları uğur qazandılar

FHN-in gənc idmançıları uğur qazandılar


19-09-2019, 20:07


13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib.

Nazirlikdən BrendSport.az saytına verilən məlumata görə, yarışda 20 komandadan, 370-ə yaxın idmançı mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən turnurdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin komandası da iştirak edib. İdmançılar mərkəzin baş zabiti Namiq Sovdumzadənin rəhbərliyi altında iştirak ediblər.

Mərkəzi sərbəst güləş üzrə təmsil edən yeniyetmələr arasında Kənan Bünyadov 32-kq çəki dərəcəsində 1-ci yerə, Rəvan Cahangirli isə 35-kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb.

Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançıları və məşqçini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.









Geri qayıt