Əsas Səhifə > Ölkə idmanı > Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb


5-08-2019, 17:03


Avqustun 5-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb.

BrednSport.az xəbər verir ki, püşkatma mərasimində sayca 27-ci ölkə çempionatında mübarizə aparacaq səkkiz klubun nümayəndələri iştirak ediblər.

Tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək bütün iştirakçılara uğurlar arzulayıb.

Püşkün nəticələrinə əsasən, Premyer Liqaya avqustun 16-da start veriləcək. Həmin gün “Səbail” - “Zirə”, “Qəbələ” - “Sumqayıt”, “Neftçi” - “Sabah” və “Keşlə” - “Qarabağ” görüşləri oynanılacaq.

AZƏRTAC
Geri qayıt