Əsas Səhifə > Ölkə idmanı > Uşu üzrə Bakı kuboku yarışları başlayıb

Uşu üzrə Bakı kuboku yarışları başlayıb


17-06-2019, 14:29


İyunun 16-da Abşeron Olimpiya İdman Kompleksində uşunun citkundo və çinda növləri üzrə Bakı kuboku yarışlarına start verilib.

BrendSport.az xəbər verir ki, yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilir. Çempionatda Bakının idman klublarından 200 idmançı qızıl medal uğrunda mübarizə aparır.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Geri qayıt