Əsas Səhifə > Ölkə idmanı > UEFA Avropa Liqasının finalı: “Çelsi” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb

UEFA Avropa Liqasının finalı: “Çelsi” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb


29-05-2019, 23:31


UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasının iştirakçılarının – Londonun “Çelsi” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb.

BrendSport.az xəbər verir ki, nominal ev sahibinin “Çelsi”nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) meydana çıxıblar.

“Arsenal” klubunun start heyətində isə Petr Çex (q), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Oyunu italiyalı referi Canluka Rokki idarə edəcək. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.

Xatırladaq ki, “Arsenal” bu oyunda qalib gələcəyi təqdirdə tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokuna sahib olacaq. “Çelsi” isə 2012-2013-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.
Geri qayıt