Əsas Səhifə > Ölkə idmanı > UEFA nümayəndələri Bakı Olimpiya Stadionunun vəziyyətinə ən yüksək qiymət veriblər

UEFA nümayəndələri Bakı Olimpiya Stadionunun vəziyyətinə ən yüksək qiymət veriblər


27-05-2019, 21:29


UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, UEFA Avropa Liqasının İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.
Geri qayıt