Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasının 2018-2019 mövsümündə tarixi hadisə baş verib

Azərbaycan Premyer Liqasının 2018-2019 mövsümündə tarixi hadisə baş verib


13-05-2019, 13:18


Futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turu qonaqların üstünlüyü ilə keçib.

BrendSport.az xəbər verir ki, 4 matçdan yalnız birində qələbə qazanan meydan sahibləri üç görüşdə uduzublar. Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəlib, 25 matçda heç-heçə qeydə alınıb.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk belə haldır ki, meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çox olur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.

Cari mövsümün nəticələrinə əsasən, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən çox xal qazanıb. Üç komanda – “Qəbələ”, “Zirə” və “Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə “Qarabağ” həm ev, həm səfərdə 1-ci, “Neftçi” hər iki göstəricidə 2-ci olub.

Azərbaycan Premyer Liqasının 2018-2019 mövsümündə tarixi hadisə baş verib
Geri qayıt