Əsas Səhifə > Ölkə idmanı > AFFA Autizm günü ilə əlaqədar mini futbol turniri təşkil edib.

AFFA Autizm günü ilə əlaqədar mini futbol turniri təşkil edib.


25-04-2019, 00:33


1 May 2019-cu il tarixində Bakı şəhərində Fəvvarələr meydanında saat 10:00 dan başlayaraq, 19:00 - a kimi Gənclər və İdman Nazirliyinin və "Autist Uşaqların Reabilitasiyasına Kömək" İB-nin təşkilati dəstəyi ilə Azərbaycanda ilk dəfə I Azərbaycan Autizm Festivalı keçiriləcəyi planlaşdırılır. Festival çərçivəsində müxtəlif idman yarışları və tədbirlər keçirilir.

BrendSport.az xəbər verir ki, O yarışlardan biri də AFFA-nın təşkil etdiyi futbol turniridir. Turnirdə 4 komanda iştirak edib. Komandalardan Milli Məclisin futbol komandası, eləcə də incəsənət nümayəndələri - rejissor təşkilatçı Bəhruz Səmədov, komandanin kapitanı Space TV -nin musiqili departament şöbəsinin rəisi İman Məcidov, aktyor İslam Mehrəliyev, əməkdar artist Səlim Abbasov,Müğənni Vuqar Bəxtiyar, Şuşa dövlət Musiqili dram Teatrnın Aktiyoru Nihat Heybətov, Produsser təşkilatçı Emin Abbasov, musiqiçi Anar Abbasov, tanınmış idmançılar - güləş üzrə dünya və Avropa çempionu Rövşən Bayramov, taekvondo üzrə dünya və Avropa çempionu Niyaməddin Paşayev, veteran futbolçular Yunis Hüseynov, Cahangir Həsənzadə mübarizə aparıb.
Turnirin qalibi incəsənət nümayəndələri olub. 1 yer: incəsənət nümayəndələri 2 yer: İdman jurnalistləri 3 yer: Məşhur idmançılar 4 yer: Milli Məclisin futbol komandası





Geri qayıt