Əsas Səhifə > Ölkə idmanı > “Nakhchivan Open” beynəlxalq karate-do turniri keçiriləcək

“Nakhchivan Open” beynəlxalq karate-do turniri keçiriləcək


17-04-2019, 10:17


Mayın 4-5-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Heydər Əliyev Kuboku uğrunda “Nakhchivan Open” beynəlxalq karate-do turniri keçiriləcək.

BrendSport.az xəbər verir ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Karate Federasiyası və Naxçıvan Karate-do Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə uşaqlar, yeniyetmələr, gənclər kateqoriyalarında yarışlar təşkil olunacaq.

İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində keçiriləcək beynəlxalq yarışda 10-dək ölkənin təmsil olunması gözlənilir.
Geri qayıt