Əsas Səhifə > Ölkə idmanı > Topaz Premyer Liqası: “Qarabağ” “Sabah”ı böyük hesabla məğlub edib

Topaz Premyer Liqası: “Qarabağ” “Sabah”ı böyük hesabla məğlub edib


13-04-2019, 22:33


Aprelin 13-də futbol üzrə Topaz Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

BrendSport.az xəbər verir ki, çempionluğa iddialı "Qarabağ" debütant "Sabah"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 10-cu dəqiqədə Riçard Almeyda vurub. Matçın 65-ci dəqiqəsində Filip Ozobiç fərqi iki topa çatdırıb. Oyunun 77-ci dəqiqəsində Mahir Mədətov hesab arasındakı fərqi daha da artırıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə yüksəldən “Qarabağ” turnir cədvəlində ilk pilləyə yüksəlib. “Sabah” klubu isə 26 xalla beşincidir.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" "Sumqayıt"ı məğlub edib - 2:0. Tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları ilə yekun vurulacaq.
Geri qayıt