Əsas Səhifə > Ölkə idmanı > “Qızlar futzal kuboku” turnirində 13 komanda mübarizə aparır

“Qızlar futzal kuboku” turnirində 13 komanda mübarizə aparır


13-03-2019, 22:39


Bu gün Qax Olimpiya İdman Kompleksində 13 yaşadək məktəbli qızlar arasında "Qızlar futzal kuboku” turniri başlayıb. Yarışda rayonun 13 məktəb komandası iştirak edir.

BrendSport.az xəbər verir ki, Turnirin açılışında Qax Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin nümayəndəsi, Əməkdar məşqçi Dilarə Əhmədova çıxış edərək, yarışın bölgələrdə qadın futbolunun inkişafına təkan vermək məqsədi daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən "Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.
Turnirin ilk günündə qrup mərhələsi üzrə oyunlar keçirilir. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. Turnirdə ilk üç yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.

Geri qayıt