Əsas Səhifə > Ölkə idmanı > Topaz Premyer Liqası: “Qarabağ” turnir cədvəlində birinci pilləyə yüksəlib

Topaz Premyer Liqası: “Qarabağ” turnir cədvəlində birinci pilləyə yüksəlib


9-03-2019, 22:53


Martın 9-da futbol üzrə Topaz Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib.


BrendSport.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda autsayder “Zirə” komandası ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu oyundan sonra “Qarabağ” xalların sayını 42-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. Hesabında 41 xal olan “Neftçi” ikinci yerdədir. Liderə nisbətən bir oyun az keçirən paytaxt komandası martın 10-da səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, 20-ci turun ilk oyununda “Keşlə” komandası “Sabah”a 3:0 hesabı ilə qalib gəlib.
Geri qayıt