Əsas Səhifə > Ölkə idmanı > Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib

Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib


9-03-2019, 14:27
Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib
Martın 9-da Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Azərbaycan Muay-tay Federasiyasının (AMF) birgə təşkil etdiyi çempionatda yeniyetmələr, gənclər və böyüklər müxtəlif çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

BrendSport.az xəbər verir ki, yarış Beynəlxalq Həvəskar Muay-tay Federasiyasının qaydalarına əsasən keçiriləcək. Yarışda AMF-in paytaxtda fəaliyyət göstərən 15 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 140-dan çox idmançı mübarizə aparacaq.
İlk üç yeri tutacaq idmançılar AMF-in diplom və medalları ilə təltif olunacaqlar. Yarışda ilk iki pillədə qərarlaşacaq idmançılar Bakı seçmə komandasının tərkibinə daxil ediləcəklər.
Geri qayıt