Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına ev sahibliyi edəcək

Azərbaycan kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına ev sahibliyi edəcək


9-03-2019, 14:25
Azərbaycan kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına ev sahibliyi edəcək
Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

BrendSport.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 42 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Turnirə çox sayda Olimpiya mükafatçısı, dünya və Avropa çempionatının medalçısı qatılacaq.
Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Geri qayıt