Əsas Səhifə > Ölkə idmanı > “Roma” layiqli qələbə qazandı”

“Roma” layiqli qələbə qazandı”


27-09-2017, 23:04


“Bizim üçün ağır oyun oldu. Xüsusən də, matçın əvvəli”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Roma”nı qəbul edən Ağdam təmsilçisi 1:2 hesablı məğlubiyyətə düçar olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “İlk dəqiqələrdən rəqib hansı ustalığa malik olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli oynadılar, rəqibi yaxşı tanıdılar. Oyunçulardan razı qaldım. Evdə ilk oyun olduğundan, xal qazanmağa çalışırdıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Amma “Roma” layiqli qələbə qazandı. Azarkeşlərimizə də bizi son qədər dəstəklədikləri üçün təşəkkür edirəm”.
Geri qayıt