Əsas Səhifə > Ölkə idmanı > Ağcabədidə ənənəvi şahmat turniri start götürüb

Ağcabədidə ənənəvi şahmat turniri start götürüb


27-02-2019, 12:59


“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi şahmat turniri start götürüb.

BrendSport.az xəbər verir ki, yarış iki qrup üzrə keçirilir. A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparırlar. Turnirə respublikanın müxtəlif şəhər və rayonlarından 317 şahmatçı qatılıb.

Doqquz turdan ibarət olacaq yarışın nəticələri beynəlxalq reytinqin hesablanması üçün FIDE-yə göndəriləcək.
Geri qayıt