Əsas Səhifə > Ölkə idmanı > Salyan rayonunda cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir

Salyan rayonunda cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir


24-02-2019, 23:05


BrendSport.az xəbər verir ki, 24 fevral 2019- cu il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Olimpiya İdman 26 fevral Xocalı soyqırımına həsr edilmiş cüdo idman növü üzrə yeniyetmələr və azyaşlılar arasında açıq rayon birinciliyi keçirilmişdir.
İlk olaraq Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildikdən sonra, yarışlara start verildi. Rayon birinciliyində 2 yaş qrupu üzrə 12 çəki dərəcəsində 80 nəfər idmançı mübarizə apardı. Rayon birinciliyində ümumi komanda hesabında III yeri Sabirabad, II yeri Şirvan, I yeri isə Salyan komandası qazandı.
I, II və III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif edildilər.
Geri qayıt