Əsas Səhifə > Ölkə idmanı > 5 mart Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək

5 mart Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək


20-02-2019, 18:55


5 mart-Bədən Tərbiyəsi və İdman Günü tədbirləri bu il fərqli formatda qeyd ediləcək.

BrendSport.az xəbər verir ki, Bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova verib. O, bildirib ki, Gəncə şəhəri Avropanın idman paytaxtı elan olunduğu üçün bu il 5 mart-Bədən Tərbiyəsi və İdman Günü tədbirlərinin Gəncə şəhərində daha geniş formatda keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə həmin tarixdə Gənclər və İdman Nazirliyinin rəhbərliyi, millət vəkilləri, idman federasiyalarının rəhbərləri Gəncəyə səfər edəcək və kütləvi tədbirlərdə iştirak edəcəkər.
Geri qayıt