Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” komandası “Qəbələ”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb

“Qarabağ” komandası “Qəbələ”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb


17-02-2019, 22:11
“Qarabağ” komandası “Qəbələ”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb

Fevralın 17-də futbol üzrə Topaz Premyer Liqasının XVII turuna “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulub.


BrendSport.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 4-cü dəqiqəsində Riçard Almeyda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb – 1:0. Lakin 28-ci dəqiqədə “Qəbələ” klubu hesabı bərabərləşdirib. “Qəbələ”nin kapitanı Cavid Hüseynov “Qarabağ” komandasının qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini qolla tamamlayıb – 1:1. Lakin əyalət təmsilçisinin sevinci çox çəkməyib. İki dəqiqə sonra Filip Ozobiç baxımlı qolla ağdamlıları yenidən hesabda irəli çıxarıb – 2:1.
Bu qələbə sayəsində xallarının sayını 37-ə çatdıran “Qarabağ” turnir cədvəlinin lideri “Neftçi” ilə xal fərqini birə endirib. “Qəbələ” isə 23 xalla dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, günün digər matçında “Səbail” komandası “Sabah”ı məğlub edib – 1:0. Fevralın 16-da keçirilmiş oyunlarda “Keşlə” komandası “Sumqayıt” kollektivinə 2:1 hesabı ilə qalib gəlib. Lider “Neftçi” isə “Zirə” ilə qolsuz heç-heçə edərək xal itirib.
Geri qayıt