Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanın qadın cüdoçuları Avstriyada qitə kuboku turnirində mübarizə aparacaqlar

Azərbaycanın qadın cüdoçuları Avstriyada qitə kuboku turnirində mübarizə aparacaqlar


16-02-2019, 12:45
Azərbaycanın qadın cüdoçuları Avstriyada qitə kuboku turnirində mübarizə aparacaqlar
Azərbaycanın qadın cüdoçuları fevralın 16-da Avstriyanın Overvart şəhərində start götürəcək Avropa kuboku yarışlarında mübarizə aparacaqlar.
BrendSport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Azərbaycanı yarışda Şəfəq Həmidova (48 kq), Alexandra-Larisa Florian (52 kq), Nuriyyə Axundova (63 kq), Günel Həsənli, Rukiye Fatma Ozerdem (hər ikisi 70 kq) təmsil edəcəklər.
Turnirdə 35 ölkədən 209 idmançı mübarizə aparacaq.
Geri qayıt