Əsas Səhifə > Ölkə idmanı > İmişlidə budo üzrə XI açıq Azərbaycan çempionatı keçirilib

İmişlidə budo üzrə XI açıq Azərbaycan çempionatı keçirilib


12-02-2019, 06:21
İmişlidə budo üzrə XI açıq Azərbaycan çempionatı keçirilib
İmişli Olimpiya İdman Kompleksində budo döyüş növləri üzrə XI açıq Azərbaycan çempionatı keçirilib. Yarışlar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
BrendSport.az xəbər verir ki, yarışlara respublikamızın şəhər və rayonlarını təmsil edən 48-ə yaxın idman klubunun heyətində 392 idmançı qatılıb. Çempionatda idmançılar uşaqlar (7-9 yaş), yeniyetmələr (10-12 yaş, 13-15 yaş), gənclər (16-18 yaş), böyüklər (18-dən yuxarı) kateqoriyalarında mübarizə aparıblar. İki gün davam edən yarışlar semi kontakt, full kontakt, free kontakt, layt kontak, sabaki citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib.
Respublika turnirinin açılış mərasimində Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev, İmişli rayon gənclər və idman idarəsinin rəisi Ceyhun Əbdülov ölkəmizdə idmana göstərilən dövlət qayğısından və bunun nəticəsində idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıblar. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan natiqlər respublikamızda idmanın digər növləri kimi, budonun da sürətlə inkişaf etdiyini deyiblər. Çıxışlarda ölkəmizdə idmanın inkişafı, eləcə də budonun təbliği və kütləviləşməsi baxımından belə yarışların əhəmiyyəti xüsusi vurğulanıb.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib və çempionata start verilib.
Yarışda qalib gələn idmançılar təltif ediliblər.
Geri qayıt