Əsas Səhifə > Ölkə idmanı > Kunq-fu üzrə açıq Bakı çempionatı başa çatıb

Kunq-fu üzrə açıq Bakı çempionatı başa çatıb


11-02-2019, 22:31
Kunq-fu üzrə açıq Bakı çempionatı başa çatıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkilatçılığı ilə açıq paytaxt çempionatı başa çatıb.
BrendSport.az federasiyanın saytına istinadla xəbər verir ki, üç yüzə yaxın idmançının gücünü sınadığı çempionatda gənclərin yarışında “Cənub-Cəlilabad” klubu kubokun sahibi olub.
Kadetlərin mübarizəsində “Mərd” klubu, yeniyetmələr arasında isə Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi birinci pillədə qərarlaşıblar.
Qeyd edək ki, çempionatda fərqlənən idmançılar respublika yarışlarında iştirak hüququ qazanıblar.
Geri qayıt