Əsas Səhifə > Ölkə idmanı > Şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol turnirində oğlanların yarışına yekun vurulub

Şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol turnirində oğlanların yarışına yekun vurulub


9-02-2019, 03:36

Şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol turnirində oğlanların yarışına yekun vurulub
Nərimanov rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 193 nömrəli tam orta məktəbin idman zalında şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş oğlanlar və qızlar arasında basketbol üzrə rayon birinciliyində oğlanların mübarizəsi başa çatıb.
BrendSport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışın keçirilməsində məqsəd Aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini anmaq, məktəblilərin basketbola marağını artırmaq, idmanın bu növünü inkişaf etdirmək, şagirdlərin fiziki sağlamlığına töhfə verməkdir.
Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 18 məktəbinin komandası mübarizə aparıb. Maraqlı idman mübarizəsinin yekununda 82 nömrəli tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. 291 nömrəli “Ekologiya” liseyinin komandası ikinci, “Tərəqqi” liseyinin təmsilçiləri isə üçüncü yeri tutublar.
Geri qayıt