Əsas Səhifə > Ölkə idmanı > İctimai Televiziya ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalandı

İctimai Televiziya ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalandı


8-02-2019, 13:19


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi komitənin prezidenti İlqar Rəhimov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov imzalayıblar.

BrendSport.az saytı xəbər verir ki, Anlaşma memorandumu hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq, informasiya dəstəyi, o cümlədən keçirilən yarışların eksklüziv yayım hüququnun verilməsi ilə bağlıdır.

İmzalanan sənədə əsasən, bu ilin may ayında Bakıda keçiriləcək cüdo üzrə beynəlxalq qran-pri yarışlarının yayım hüququ İctimai televiziyaya verilib. İTV həmin yarışı canlı yayımlayacaq.

Xatırladaq ki, bu il 13-14 may tarixlərində Bakıda para cüdo idman növü üzrə beynəlxalq “Qran pri” yarışı baş tutacaq. "Tokio 2020" yay paralimpiya oyunlarına vəsiqə qazandıran belə bir yarış şəhərimizdə ilk dəfə keçiriləcək. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcəyi gözlənilir.








Geri qayıt