Əsas Səhifə > Ölkə idmanı > Atletika üzrə Azərbaycan çempionatı keçirilib

Atletika üzrə Azərbaycan çempionatı keçirilib


6-02-2019, 15:59


Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə 2004-2005-ci təvəllüdlü atletlər arasında ölkə çempionatı keçirilib.

AAF-dan BrendSport.az -a bildiriblər ki, Respublika Olimpiya Mərkəzində keçirilən çempionatda 8 klub və cəmiyyətin üzvləri iştirak ediblər.

Yarışda oğlanlar doqquz növdə (60, 300, 600, 1000, estafet 4x200 metr, uzunluğa, üçtəkanlı və hündürlüyə və kürəitələmə) mübarizə aparıblar. Qızlar isə səkkiz növ, o cümlədən 60, 300, 600, 1000, uzunluğa, üçtəkanlı vəhündürlüyə tullanma, kürəitələmə) üzrə güclərini sınayıblar.

Qaliblər diplom və medallarla təltif olunublar.
Geri qayıt