Əsas Səhifə > Ölkə idmanı > Elnur Səmədov boks üzrə peşəkarlar arasında Rusiya çempionu olub

Elnur Səmədov boks üzrə peşəkarlar arasında Rusiya çempionu olub


3-02-2019, 16:28


Elnur Səmədov boks üzrə peşəkarlar arasında Rusiya çempionu olub.

BrendSport.az xəbər verir ki, azərbaycanlı idmançı peşəkarlar arasında yüngül çəki dərəcəsində boks üzrə Rusiya çempionu adını qazanıb və prezident kuboku turnirinin yarımfinalına yüksəlib. Anapada keçirilən Ümumrusiya Boksçular Forumunda o, 10 raundluq qarşılaşmada Visxan Murzabekova qalib gələrək çempion adını qazanıb.

E.Səmədov yarımfinalda Rusiya təmsilçisi Ayk Şahnazaryan ilə görüşəcək. Döyüş bu ilin aprelində baş tutacaq.

Xatırladaq ki, E.Səmədovun aktivində 8 qələbə və 1 məğlubiyyət var.



AZƏRTAC
Geri qayıt