Əsas Səhifə > Ölkə idmanı > Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib


28-01-2019, 23:33


Bakıda yerləşən 254 nömrəli tam orta məktəbdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Düşünən beyin” adlı layihə çərçivəsində şahmat turniri keçirilib.

BrendSport.az xəbər verir ki, turnirdə hər birinin heyəti 5 nəfərdən ibarət olmaqla 16 komanda, ümumilikdə isə 80 nəfər uşaq, yeniyetmə və gənc iştirak edib. Yarışlarda birinci yeri 264 nömrəli tam orta məktəbin komandası tutub. İkinci yerə 261, üçüncü yerə isə 254 nömrəli orta məktəblərin komandaları layiq görülüb.

Qalib komandalar diplom və kubokla mükafatlandırılıb, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.
Geri qayıt