Əsas Səhifə > Ölkə idmanı > “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib


14-01-2019, 13:06


“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
BrendSport.az kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. İyirmi üç yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb. Yeni transfer “Sabah”da 91 nömrəli forma geyinəcək.
C.Diniyev karyerası ərzində “İnter” və “Qarabağ” klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.
Geri qayıt