Əsas Səhifə > Ölkə idmanı > Stolüstü tennis üzrə “TOP-8” respublika turnirinin qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə “TOP-8” respublika turnirinin qalibləri müəyyənləşib


24-12-2018, 12:29


Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq kompleksində “TOP-8” respublika turniri keçirilib.

BrendSport.az xəbər verir ki, respublika turnirində seçmə mərhələdə qalib gələn 8 ən güclü stolüstü tennisçi mübarizə aparıb. Kişilərin yarışında yüksək nəticəni Emin Məmmədov qazanıb. İkinci və üçüncü yerlərə müvafiq olaraq, Xəyyam Həşimli və Sənan Əliyev layiq görülüblər. Qadınların mübarizəsində isə Məryəm İmanova birinci yeri tutub. Nəzakət Qarayeva və Billurə Eminova sonrakı iki pillədə qərarlaşıblar.

Turnirin qalibləri federasiya tərəfindən mükafatlandırılıb.
Geri qayıt