Əsas Səhifə > Ölkə idmanı > Stolüstü tennisçilər arasında növbəti Liqa çempionatı start götürüb

Stolüstü tennisçilər arasında növbəti Liqa çempionatı start götürüb


1-12-2018, 14:18


Uşaqlar arasında stolüstü tennis üzrə növbəti liqa yarışları başlayıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından BrendSport.az-a bildiriblər ki, dekabrın 1-dən start götürən liqa çempionatında 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar güclərini sınayırlar. Artıq ikinci dəfə keçirilən turnirdə 15 oğlan və 16 qız komandası olmaqla respublika üzrə 31 komanda iştirak edir.

Yarışların təşkilində əsas məqsəd kiçik yaşlı uşaqlar arasında stolüstü tennis idmanını inkişaf etdirmək, kütləviliyi artırmaqdır.
Geri qayıt