Əsas Səhifə > Ölkə idmanı > Bu gün UEFA Çempionlar Liqasının beşinci turuna start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının beşinci turuna start veriləcək


27-11-2018, 11:54


Noyabrın 27-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün beşinci turuna start veriləcək.

BrendSport.az xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliyada oynanılacaq. Turnirin sonuncu qalibi “Real Madrid” səfərdə “Roma” ilə üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda G qrupundan növbəti mərhələyə vəsiqəni təmin edəcək. Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Madrid təmsilçilərinin xeyrinə başa çatmışdı.

Qrupun digər matçında isə Rusiyanın CSKA klubu Çexiyanın “Viktoriya Plzen” komandasını qəbul edəcək.

İtaliyanın turnirdəki digər təmsilçisi, H qrupunda yer alan “Yuventus” isə evdə İspaniyanın “Valensiya” klubu ilə görüşəcək. Turin klubu qələbə gələcəyi təqdirdə növbəti mərhələyə yüksələcək. Qrupun digər görüşündə isə İngiltərənin “Mançester Yunayted” klubu doğma azarkeşlər önündə “Yanq Boyz” (İsveçrə) komandasının müqavimətini qırmağa çalışacaq.

Tur çərçivəsində E və F qruplarında aşağıdakı oyunlar keçiriləcək:
Geri qayıt