Əsas Səhifə > Ölkə idmanı > Millimiz Farer Adaları səfərində -

Millimiz Farer Adaları səfərində -


11-10-2018, 21:47


UEFA Millətlər Liqasında yığmamız növbəti oyununu keçirəcək. D liqasında 3-cü qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağı olacaq. Paytaxt Torshavnda "Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan komandası UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə edib (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1), Kosovoda uduzub (0:2).

Turun digər oyunun Kosovo Maltanı qəbul edəcək. Bu görüş Farer adaları – Azərbaycan matçı ilə eyni vaxtda start götürəcək.

Millətlər Liqası

D Liqası, 3-cü qrup

3-cü tur

22:45. Farer adaları - Azərbaycan

Geri qayıt