Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ” məğlub oldu

"Qarabağ” məğlub oldu


4-10-2018, 23:00


Bu gün "Qarabağ” avrokuboklarda növbəti oyununa çıxıb. Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İngiltərə "Arsenal”nı qəbul edib.

Bu, "topçular”ın Azərbaycandan olan komanda ilə ilk qarşılaşması kimi tarixə düşüb. "Qarabağ" isə bundan əvvəl bu ölkənin "Tottenhem” (0:1, 1:3) və "Çelsi” komandaları ilə üz-üzə gəlmişdi.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə məğlubiyyətlə başlamışdı. Ağdam təmsilçisi Portuqaliyada "Sportinq”ə 2 cavabsız qolla yenilmişdi. "Arsenal” isə evdə Ukraynanın "Vorskla” komandasını 4:2 hesabı ilə üstələmişdi.

Gözlənildiyi kimi oyuna sürətlə başlayan "Arsenal" 3-cü dəqiqədə hesabı açıb. İlk hissə bu hesabla lbaşa çatıb. Oyunun 53-cü dəqiqəsində 2-ci qolu vuran ingilislər, 80-ci dəqiqədə daha bir qol vuraraq yekunda 3:0 hesabı ilə qələbə qazanıblar.

İki turdan sonra xal qazana bilməyən təmsilçimiz qrupda sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, qrupun digər oyununda Ukraynanın "Vorskla Poltava" klubu Portuqaliyanın "Sportinq" komandasına 1:2 hesabı ilə məğlub olub.

Avropa Liqası

2018/19 mövsümü

II tur


4 oktyabr

20.55 Qarabağ (Azərbaycan) - Arsenal (İngiltərə) 0:3
Qollar: Sokratis Papastatopulos, 4. Smit Rov, 53. Metteo Qenduzi, 80.
Geri qayıt