Əsas Səhifə > Ölkə idmanı > “Neftçi”nin 6 futbolçusu millidə

“Neftçi”nin 6 futbolçusu millidə


6-09-2017, 16:12


17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Apasport.az saytı xəbər verir ki, Bakıda baş tutacaq hazırlıq prosesinə "Neftçi”nin 6 futbolçusu dəvət olunub.

Klubun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, bunlar İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Abbas Abbasov, Nicat Məmmədov, Mehdi Tahirov və Mahir Həsənovdu.

Yığmanın təlim-məşq toplanışı sentyabrın 6-dan 14-dək və 17-dən 26-dək olan müddəti əhatə edəcək.
Geri qayıt