Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” "Bursaspor"un hücumçusunu alır

“Qarabağ” "Bursaspor"un hücumçusunu alır


22-07-2018, 14:11
“Qarabağ” "Bursaspor"un hücumçusunu alır

"Bursaspor"un hücumçusu Dzon Delarge futbolçu karyerasını "Qarabağ"da davam etdirə bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 26 yaşlı konqolu oyunçunun Ağdam klubuna transfer olunacağı iddia edilib. Bu transfer üçün "Qarabağ"ın 200 min dollar təzminat ödəyəcəyi bildirilib. Onun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı vurğulanıb.

Qeyd edək ki, "Bursaspor"un baş məşqçisi Samet Aybaba D.Delargenin meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu hücumçunun adını təlim-məşq toplanışı üçün heyətə daxil etməyib.
Geri qayıt