Əsas Səhifə > Ölkə idmanı > Naxçıvanda “Heydər Əliyev Kuboku” turniri keçiriləcək

Naxçıvanda “Heydər Əliyev Kuboku” turniri keçiriləcək


10-06-2018, 14:52
Naxçıvanda “Heydər Əliyev Kuboku” turniri keçiriləcək

Bu il Naxçıvan Muxtar Respublikasında növbəti “Heydər Əliyev Kuboku” turniri təşkil ediləcək.

Ardıcıl 3-cü ildir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın açılış və bağlanış mərasimi xüsusi günə təsadüf edəcək.

Tədbir 15 iyun – Milli Qurtuluş Gününə təyin edilib (saat 17:30). Bu isə o deməkdir ki, həmin gün Naxçıvanda əsl bayram əhval-ruhiyyəsi olacaq. Açılış mərasimində Elton və Cənubi Azərbaycanda çox tanınan Əli Pormehr iştirak edəcək. Eyni zamanda, müxtəlif səhnələrdən ibarət açılış mərasimi təşkil olunacaq.

Turnirdə yerli “Araz Naxçıvan”la yanaşı MOİK, “Zaqatala” və “Şüvəlan” klubları iştirak edəcəklər.
Geri qayıt