Əsas Səhifə > Ölkə idmanı > Daim idmançıların yanında

Daim idmançıların yanında


7-04-2018, 15:24


İşlədiyi bütün vəzifələrdə daim idmanın və idmançıların yanında olmuş, bu sahənin rayonlarda daha da inkişaf etdirilməsində müstəsna xidmətləri olan Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun doğum günüdür.

Hər zaman rayon idmançılarının qələbələrini sevinclə qarşılayan və onları şəxsən qəbul edib mükafatlandıran Sevindik müəllim daim idmançıara dəstək olacağını nümayiş etdirmişdir.

Haşiyə: Hətəmov Sevindik Hacıağa oğlu 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980–cı illdə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.

1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mühəndis-mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.

2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Doğum günü münasibətilə Sevindik müəllimi bütün idmançılar, idmansevərlər adından, eləcə də BrendSport.az saytı olaraq səmimi qəlbdən təbrik edir, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayırıq.
Geri qayıt