Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” – “Qarabağ” matçının hakimi açıqlandı

“Neftçi” – “Qarabağ” matçının hakimi açıqlandı


12-03-2018, 20:43
“Neftçi” – “Qarabağ” matçının hakimi açıqlandı

Azərbaycan Premyer Liqasında XX turun təyinatları açıqlanıb. PFL-in saytına istinadən yayılan xəbərə görə, turun mərkəzi qarşılaşması – “Neftçi” – “Qarabağ” matçı İnqilab Məmmədova tapşırılıb.

Onunla yanaşı, bu tur Ömər Paşayev, Orxan Məmmədov və Əliyar Ağayev də baş hakim funksiyasını yerinə yetirəcək.

13 mart (çərşənbə axşamı)

15:30. “Keşlə” – “Qəbələ”


Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“İnter Arena”


14 mart (çərşənbə)

17:00. “Zirə” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor:
Fazil Mürşüdov

Zirə İdman Kompleksinin stadionu




18:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

8-ci km stadionu



20:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor:
Vüsal Əliyev

Sumqayıt şəhər stadionu

Apasport.az
Geri qayıt