Əsas Səhifə > Ölkə idmanı > 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda, Fəvvarələr meydanında festival təşkil olunub.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda, Fəvvarələr meydanında festival təşkil olunub.


6-03-2018, 16:39



Festivalda 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər.

Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər.


Tədbir konsert proqramıda tanınmış estrada ulduzlarının çıxışları ilə davam etmişdir.
Mehrim, Əməktar artist Səlim Abbasov, Nadir Qavarzadə, Samira Allahverdiyeva, Ceyhun Qala və Elxan QaraxanOğlu özlərinin müsiqili çıxışlarını idmançılara və qonaqlara hədiyyə etmişlər.
Sonra müxtəlif viktorinalar təşkil olunub. İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
"Faberlic", "Astara Çay", "TimSport" idman malları, "Bizon" enerji içkisi, Milli brend olan "Alov" toplarının və "VitriFitnesin" Sponsorluğu ilə Loto oyunu keçrilib. Lotoda qalib gələn idmançılara və qonaqlara hediyyələrdə verilib.
"FABERLİC" parfumeriya brendidən Veteran idmançılara bayram münasibeti ilə hədiyyələrdə verilib.

Qeyd edək ki, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.


















Geri qayıt