Əsas Səhifə > Ölkə idmanı > Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub


24-05-2023, 16:00





Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
BrendSport.az xəbər verir ki , finalda "Neftçi İK" və "Baku Fire" komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayındakı qarşılaşma "Baku Fire"nin 5:0 hesablı qələbəsi ilə bitib. Qolları Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev vurublar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Yüksək Liqasında "Araz Naxçıvan" qalib olub.
Geri qayıt